Son vaxtlar ətin bahalaşacağı deyilir. Sosial şəbəkələrdə istifadəçilər tez-tez belə məlumatlar paylaşırlar. İddia olunur ki, yem bazasının bahalaşması qiymətləri artıracaq.
xezerxeber.az xər verir ki,sözügedən məsələlərin fonunda qiymətlərin qalxıb-qalxmayacağını öyrənmək üçün həm bölgələrdə, həm də paytaxdakı vəziyyəti araşdırdıq. Məlum oldu ki, Tovuzda yem heç də bahalaşmayıb, əksinə, ucuzlaşıb.
Rayondakı qəssab dükanlarında isə yemlərin baha olduğu və bunun qiymətlərə də təsir etdiyi deyildi.
Otun qiymətinə gəlincə isə, hazırda Tovuzda yonca bağlaması 6-7 manat arasında dəyişir. Adi ot bağlaması isə 3-5 manatdır.
Satıcılar deyirlər ki, qış ayları sərt keçərsə bağlamaların bahalaşacağı gözlənilir. Bu da ətlik heyvanların qiymətinə təsir edəcək.
Bərdədə isə ətin ucuzlaşdığını, otun bahalaşdığını deyirlər.
Ötən ay 5 manata satılan ot bağlaması indi 6-7 manatdır.
Paytaxtda gəldikcə isə, burada ətin qiyməti bölgələrdən çox az fərqlənir.
Satıcılar deyirlər ki, əvvəlki illərlə müqayisədə indi alıcılıq da zəifdir.
İqtisadçı Elman Sadıqov deyir ki, kompleks tədbirlər görməklə, xüsusilə, istehsalın artırılmasına şərait yaratmaqla qiymətləri stabil saxlamaq olar.
Elman Sadıqov bildirir ki, ətin bahalaşmasına təkcə yemin qiyməti təsir etmir. Ona görə də dəqiq analizlər aparılmalıdır. Xarici təcrübədən yararlanmaqla qapalı heyvandarlığa keçilməlidir. Onun sözlərinə görə, qabaqlayıcı tədbirlər görülməzsə, yaxın müddət ərzində ət ən azı 20 faiz bahalaşa bilər.