Məhbuslar məzuniyyətə buraxılır - Azərbaycanda yenilik

Azərbaycanda bir neçə məhbus məzuniyyətə buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, məhkumlara məzuniyyət verilməsi Penitensiar Xidmətdə ilk haldır.

Bir neçə günlük məzuniyyətə buraxılan məhbuslar, müddət bitdikdən sonra cəzaçəkmə müəssisəsinə geri dönüblər.

Məlumatı Penitensiar Xidmətdən məlumatı təsdiq ediblər.

Bildirilib ki, bundan başqa, yeni təyin olunmuş Xidmət rəisi Mirsaleh Seyidovun tapşırığı ilə çoxsaylı yeniliklər tətbiq olunub. Yeni çağrı mərkəzi yaradılıb, sosial şəbəkə hesabları istifadəyə verilib və təcridxanalarda və cəzaçəkmə müəsissələrində korrupsiya halları ilə mübarizə sərtləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ