Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfirin çağırılmasına səbəb Rusiyanın Birinci Kanalında yayımlanan veriliş zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan və digər erməni rəsmilərlə bağlı xoşagəlməz ifadələrin səsləndirilməsidir.
"Proqram zamanı Ermənistanın yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib. Səfirə müvafiq etiraz notası verilib", - deyə Ermənistan XİN-dən bildirilib.