Zığdan avtovağzaladək avtobus zolağı dəhlizi yaradılacaq

“Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində 21 avtobus zolağı mövcuddur”.

Bu fikirləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Report”a müsahibəsində bildirib.

A.Rzayev qeyd edib ki, AYNA yolların buraxılış imkanlarının artırılması üçün Zığdan Bakı Beynəlxalq Avtovağzal Kompleksinə kimi zolaq dəhlizinin yaradılması istiqamətində iş aparır:

“Sevindirici haldır ki, bu gün paytaxtda hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərini yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı müşahidə olunur. Hazırda Bakı-Sumqayıt şosesində də avtobus zolağı təşkil edilir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ