Laçınlı ailə eyni məkanda 34 il fərqlə foto çəkdirib.
Foto Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin feysbuk hesabında paylaşılıb.
Laçınlı ata, ana və oğlu 1989-cu ildə çəkdirdikləri fotonu işğaldan azad olunan rayonda 2023-cü ildə yenidən təkrarlayıb.
Qeyd edək ki, Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 2020-ci il dekabrın 1-də Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli bəyanata müvafiq olaraq Laçın rayonu boşaldılaraq Azərbaycana təhvil verilib.