İrəvanda separatçıların “nümayəndəliyi”nə hücum edildi - video

Ermənistanın paytaxtı İrəvanda bir qrup şəxs Qarabağ separatçılarının “nümayəndəliyi”nin binasına hücum edib.

Polisin cəhdinə baxmayaraq, etirazçılar binaya daxil ola bilib.

Sözügedən şəxslər Qarabağın qondarma qurumlarının işçilərinə maaşların verilməsinin dayandırılmasına etiraz ediblər.

Separatçıların son “rəhbər”i Samvel Şahramanyanın da binada olduğu bildirilir. Hazırda hadisə yerində vəziyyətin gərgin olduğu vurğulanıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ