“Gürcüstan regionda nüvə silahının mümkün tətbiq edilməsi halına hazırlıq üçün tədbirlər görür”.
“Kommersant” xəbər verir ki, bunu parlamentdə qapalı dinləmələrdən sonra Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili deyib.
“Hazırkı çağırışlar regionda nüvə silahından istifadəni istisna etmir, buna görə də, ehtiyatlı və məntiqi siyasət yürütməliyik”, - deyə Liluaşvili qeyd edib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti nüvə müharibəsi halı üçün xüsusi plan yaradıb. Bu plana uyğun olaraq isə, hər qrurum üçün hərəkət planı müəyyən edilib.