“Avroviziya”nın qalibi müsabiqənin əsas qaydasını pozub – VİDEO

“Avroviziya-2019” müsabiqəsinin qalibi hollandiyalı Dunkan Lourens mahnı müsabiqəsinin əsas qaydasını pozub – o, repertuarında olan köhnə mahnını oxuyub.

Buta.media xəbər verir ki, müğənninin analoji kompozisiya ilə çıxışı 2017-ci ildə YouTube-da yerləşdirilib.

“Arcade “ mahnısını ifa edən 25 yaşlı Dunkan Lourens 492 bal toplayıb. İkinci yeri 465 balla italiyalı artist Mahmood, üçüncü isə 369 balla Sergey Lazarev tutub.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev finala qədər yüksələrək 20-ci nömrə altında “Truth” (Həqiqət) mahnısı ilə çıxış edib. O, 297 xalla 7-ci yerdə qərarlaşıb.

Müsabiqə İsraildə keçirilib və finalda 26 ölkə iştirak edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ