Oktyabrın 19-da saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1964-cü il təvəllüdlü Gülnarə Mikayıl qızı Dadaşovanın ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Yaşar Məmməd oğlu Dadaşov şübhəli bilinir.
Yaşar Dadaşov hadisədən sonra özünü öldürməyə cəhd edib və hazırda xəstəxanada müalicəsi davam edir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.