Oktyabrın 17-də axşam saatlarında Qəzza zolağında Əl-Əhli Xəstəxanasında baş verən partlayışda yüzlərlə fələstinli ölüb və yaralanıb. Xəstəxananın nəznində fəaliyyət göstərən kilsə İsrailin Qəzzanı atəşə tutması nəticəsində evlərini tərk edən fələstinlilərə sığınacaq kimi verilmişdi.
Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı xəstəxanaya edilən hücumda İsrail Müdafiə Qüvvələrini (IDF) günahlandırıb. Qəzza zolağının Səhiyyə Nazirliyi 200-300 nəfərin öldüyünü bildirib. Daha sonra 500-dən çox insanın öldüyü barədə xəbərlər yayılıb. Nazirlik daha yüzlərlə insanın dağıntılar altında qaldığını açıqlayıb. Ölənlər barədə rəsmi dəqiq məlumat yoxdur. İordan çayının qərb sahilindəki Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas Əl-Əhli xəstəxanasına hücumla əlaqədar üç günlük matəm elan edib.
Öz növbəsində İsrail ordusu Qəzza zolağında xəstəxanaya zərbə endirmədiyini bildirib.Ordunun mətbuat xidmətinin məlumatına görə, partlayış Əl-Əhli xəstəxanasının bilavasitə yaxınlığında “İslami Cihad” terrorçularının uğursuz raket buraxılışı nəticəsində baş verib.
İsrailin baş naziri Benyamin Netanyahu xəstəxanaya Fələstin yaraqlıları tərəfindən hücum edildiyini bəyan edib. “Bütün dünya bilməlidir: Qəzza zolağındakı xəstəxanaya İDF deyil, barbar terrorçular hücum edib. Uşaqlarımızı vəhşicəsinə öldürənlər öz övladlarını da öldürürlər”, - o, X sosial şəbəkəsində yazıb.
Əl-Əhli xəstəxanasına edilən hücumu Türkiyə, Ərəb Liqası, Ümumdünya Səhiyyə Təşkilatı və AB nümayəndəsi Şarl Mişel pisləyib. Misir, İordaniya, Səudiyyə Ərəbistanı və Bəhreyn hadisədə İsraili günahlandırıb.
Qəzza zolağında xəstəxanaya hücum ABŞ prezidentinin İsrailə planlaşdırılan səfəri fonunda baş verib. Co Bayden səfərini ləğv etməyib.
Xəstəxanaya edilən hücuma görə İordaniya Qəzza zolağında vəziyyətlə bağlı oktyabrın 18-nə planlaşdırılan dördtərəfli sammiti ləğv edib. Görüşdə ABŞ prezidenti Co Bayden, İordaniya kralı II Abdullah, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin rəhbəri Mahmud Abbas iştirak etməli idi. Qərar bütün tərəflərlə məsləhətləşmələrdən sonra qəbul edilib.
Oktyabrın 18-nə keçən gecə Qəzzada xəstəxanaya hücuma görə Yaxın Şərq regionunun bir sıra ölkələrində kütləvi etiraz aksiyaları başlayıb. Türkiyə, İordaniya, Misir, Tunis, Suriya, Livan, Yəmən və İranda mitinqlər keçirilib. Etirazçılar İsrail və ABŞ səfirlikləri yaxınlığında toplaşıblar. İordan çayının qərb sahilində də kütləvi etirazlar təşkil olunub.
Raket hücumundan sonra Qəzzada Əl-Əhli xəstəxanasının ərazisi
Məhəmməd Əl-Masri / Reuters / Scanpix / LETA
Qəzzada Əl-Əhli xəstəxanası raket hücumundan sonra
Mohammed Saber / EPA / Scanpix / LETA
Əl-Əhlidəki partlayışdan sonra ölən fələstinlilərin cəsədləri Əl-Şifa xəstəxanasına aparılıb
Abed Khaled / AP
Fələstinli həkimlər Qəzzada Əl-Əhli xəstəxanasının dağıntıları altında ölən və yaralananları axtarırlar
Mohammed Saber / EPA / Scanpix / LETA
Raket hücumundan sonra Əl-Əhli xəstəxanası
Mohammed Saber / EPA / Scanpix / LETA
Yaralı fələstinlilər Qəzza şəhərindəki Əl-Şifa xəstəxanasında
Abed Khaled / AP
Fələstinli yeniyetmə Əl-Əhli xəstəxanasında baş verən partlayışdan sonra Qəzzanın Əl-Şifa xəstəxanasına yaralı uşağı aparır
Məhəmməd Əbu Elsebah / dpa / Scanpix / LETA
Əl Əhli xəstəxanasında baş verən partlayışda yaralananlar yaxınlıqdakı Əl Şifa xəstəxanasına aparılıb. Yaralılar birbaşa təcili yardım şöbəsinin döşəməsində uzanıblar
Abed Khaled / AP / Scanpix / LETA
Əl-Əhlidəki partlayışdan sonra ölən fələstinlilərin cəsədləri Əl-Şifa xəstəxanasına aparılıb
Abed Khaled / AP
Yaralı fələstinlilər Qəzza şəhərindəki Əl-Şifa xəstəxanasında
Abed Khaled / AP
Əl-Əhlidəki partlayışdan sonra ölən fələstinlilərin cəsədləri Əl-Şifa xəstəxanasına aparılıb
Dawood Nemer / AFP / Scanpix / LETA