Azərbaycan yenə silkələndi

Martın 14-də Ağsu rayon ərazisində zəlzələ baş verib.

 
Bu barədə Buta.media-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
 
İlkin məlumatlara əsasən yerli vaxtla saat 18:19-da Pirqulu stansiyasından 9 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub.  
 
Qeyd edək ki, bu gün Şamaxı rayonunda saat 13:36 radələrində zəlzələ baş vermişdi. Zəlzələnin gücü 3.0, dərinliyi 10 km olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ