HƏMAS 14 azərbaycanlını girov götürüb?

Azərbaycan vətəndaşlarının HƏMAS terror qruplaşması tərəfindən girov götürülməsi barədə iddialar təkzib edilib. 

Bu barədə Azərbaycanın İsraildəki səfirliyindən News24.az saytına bildirilib.

“Azərbaycan vətəndaşlarının İsraildə əsir düşməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb”, - səfirliyin açıqlamasında deyilir.

11:14

14 Azərbaycan vətəndaşı HƏMAS terror qruplaşmasının əsirliyindədir. 

Bu barədə “Guney Azfront” Telegram kanalı məlumat yayıb.

HƏMAS terror qruplaşması son hücumları nəticəsində həlak olan və itkin düşən məhbusların siyahısını 44 ölkə vətəndaşının daxil olduğu “Əl-Əqsa fırtınası” adlı milliyət təsnifatı ilə təqdim edib.

Siyahıya əsasən, HƏMAS terrorçuları İsraildə 14 Azərbaycan vətəndaşını əsir götürüb, 3 nəfəri öldürüblər, 1 nəfər isə itkin düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ