Xankəndiyə komendant təyin edildi - O kimdir? - foto

Polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.

Ötən gün İlham Əliyevin Xankəndiyə səfəri çərçivəsində Sərdar Səfərov Prezidentə raport verib.

General Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyün komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 

2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.

O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi. General-mayor rütbəsini isə ötən ilin iyulunda alıb.

“Hərbi xidmətlərə görə”, “İgidliyə  görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var. 

Qeyd edək ki, ötən gün İlham Əliyevin Xankəndiyə səfəri çərçivəsində Sərdar Səfərov Prezidentə raport verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ