HƏMAS-ın növbəti qurbanı: İsraildə azərbaycanlı qadın öldürülüb

HƏMAS-ın hücumları nəticəsində İsraildə daha bir azərbaycan əsilli şəxs həlak olub. 

News24.az-ın əldə etdiyi məlumata görə, həmin şəxsin adı Eden Abdullayevadır.

Gənc xanımın harada və hansı hadisələr zamanı həyatını itirdiyi barədə məlumat verilmir.

Bununla da, HƏMAS-ın hücumları nəticəsində İsraildə 7 Azərbaycan əsilli şəxs həlak olub: Şamil Abbasov (İsrail vətəndaşı), Emin Axundov (İsrail vətəndaşı), İlkin Nəzərov (Azərbaycan vətəndaşı), Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir), Roman Gandel (İsrail vətəndaşı), Eden Abdullayeva (İsrail vətəndaşı), Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ