Peskov: “Putin İlham Əliyevlə Ruben Vardanyanı müzakirə etməyib”

“Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev Ruben Vardanın taleyini müzakirə etməyiblər”.

Bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Qeyd edək ki, oktyabrın 12-də Bişkekdə Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilib.

Xatırladaq ki, sentyabrın 27-si “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə  ittiham irəli sürülüb, barəsində həbs qərimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ