İsrail öldürülən uşaqların dəhşətli görüntülərini yaydı - foto

İsrail rəsmən yandırılan və öldürülən uşaqların görüntülərini dərc etməyə başlayıb.

“Budur, Baş nazir Benyamin Netanyahunun ABŞ dövlət katibi Entoni Blinkenə göstərdiyi bəzi fotoşəkillər. Bunlar HƏMAS silahlıları tərəfindən öldürülüb yandırılan körpələrin dəhşətli fotoşəkilləridir. HƏMAS yaraqlıları qeyri-insani rəftar edirlər. HƏMAS İŞİD-dir”, - İsrail baş nazirinin ofisinin rəsmi hesabında deyilir.

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə İsrailin Kfar-Aza kibbutzu HƏMAS yaraqlıları tərəfindən hücuma məruz qalıb, xeyli sayda sakin, o cümlədən 40-a yaxın qadın və uşaq öldürülüb, digərləri isə girov götürülərək Qəzza zolağına aparılıb.

 Terrorçuları kibbutzdan çıxarmaq üçün İsrail hərbçilərinə 24 saatdan çox vaxt lazım olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ