İsrail Dəməşq və Hələb hava limanlarına zərbələr endirib - video

İsrail döyüş təyyarələri Suriyanın Dəməşq və Hələb şəhərlərinin hava limanlarına hücum edib. “The Times of Israel” xəbər verir ki, bu barədə Suriyanın hökumətyönlü “Sham FM” radiostansiyası məlumat yayıb.

Hava limanlarına hücumların nəticələri barədə hələlik məlumat yoxdur.

İsrail Müdafiə Qüvvələri vaxtaşırı Suriyada yerləşən “Hizbullah” birləşmələri ilə əlaqəli hədəflərə, eləcə də Suriya hərbi obyektlərinə zərbələr endirir.

Qeyd edək ki, Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının silahlıları oktyabrın 7-də səhər saatlarında İsrailə hücum ediblər. Onlar üç minə yaxın raket ataraq sərhəd bölgələrinə daxil olublar, İsrail hərbçiləri ilə döyüşə girib, onlarla insanı girov götürüblər. “Hizbullah” da Livandan İsrail ərazisini atəşə tutub. İsrail Müdafiə Qüvvələri Qəzza zolağına, eləcə də Livana kütləvi zərbələr endirməklə cavab verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ