Azərbaycanda sürücü yol polislərinin başına oyun açdı - video

Azərbaycanda sürücü yol polisinin saxla əmrinə tabe olmayaraq qaçmağa cəhd göstərib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlarda minik avtomobilinin sürücüsünün yolda hərəkət edən digər nəqliyyat vasitələrinə təhlükə yaratdığı, hətta bəzi avtomobillərə ziyan vurduğu görünür.

Eyni zamanda o, maşını yol polisi əməkdaşının üzərinə də sürür. Sonda hüquq-mühafizə orqanlarının əməkdaşları onun avtomobilini saxlamağa nail olublar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ