Qarabağ separatçılarının liderlərini “İsrail generalları” kimi təqdim etdilər

Bir neçə HƏMAS tərəfdarı Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilərək Bakıya gətirilən Qarabağ separatçılarının liderlərini “HƏMAS yaraqlıları tərəfindən əsir götürülmüş israilli generallar” adlandırıb.

Bu barədə “Boomlive.in” fakt yoxlama saytı məlumat yayıb.

X sosial şəbəkəsində (Twitter) “Hərim Şah” və “Ab Xan” adlı istifadəçilər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilmiş keçmiş “DQR” prezidentləri Bako Saakyan və Arkadi Qukasyanın, həmçinin “DQR”in “sabiq parlament” rəhbəri David İşxanyanın fotolarını paylaşaraq onların İsrail ordusunun generalları olduğunu və HƏMAS tərəfindən əsir götürüldüyünü yazıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ