Paşinyan MDB-nin sammitinə getmir

Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək MDB sammitində iştirakdan imtina edib.

Qırğızıstan prezidenti Sadır Japarovla telefon danışığında o, tədbirdə iştirak edə bilməyəcəyini bildirib.

Bundan əvvəl Ermənistan diplomatiyasının rəhbəri Ararat Mirzoyan da MDB Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də Bişkekdə keçiriləcək iclasında iştirakdan imtina edib.

Ermənistanı sammitdə xarici işlər nazirinin müavini təmsil edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ