Dəhşətli videonun qəhrəmanı sağdır

İsraildə HƏMAS tərəfindən əsir götürülən və görüntüləri bütün dünyaya yayılan alman qız Şani Luk Qəzza zolağında xəstəxanada ağır vəziyyətdədir. 

Qızın anası bildirib ki, onun təcili təxliyyəyə ehtiyacı var: “Siz təcili hərəkətə keçməlisiniz və Şanini Qəzza zolağından çıxartmalısınız!”

Lukun yarı ölü cəsədinin videosu ötən həftəsonu bütün dünyada yayılıb: ağır yaralı qız HƏMAS yaraqlıları tərəfindən yük maşınında hərəkətsiz vəziyyətdə kütləyə göstərilir.

Şaninin valideynləri əmindirlər ki, bu onların qızıdır və video Fələstin ərazisində çəkilib. Fələstin mənbələri qızın yaxınlarına bildiriblər ki, 22 yaşlı gənc Şani xəstəxanada müalicə olunur.

Xatırladaq ki, şənbə günü səhər saatlarında HƏMAS silahlıları İsraildə Nature Party musiqi festivalının iştirakçılarına hücum ediblər. Şahidlər ən azı 260 nəfərin öldürüldüyünü bildiriblər. Tədbirin bəzi qonaqları girov götürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ