Kadırov çeçen sülhməramlılarının İsrailə göndərilməsini təklif edib

Çeçenistan rəhbəri Ramzan Kadırov dünya ictimaiyyətinə müraciət edərək, “ən azı bir dəfə Fələstindəki vəziyyətlə bağlı ədalətli qərar qəbul etməyi” tələb edib.

“Mən müsəlman ölkələrinin liderlərinə müraciət edirəm - koalisiya yaradın və dost adlandırdığınız şəxsləri, Avropanı və bütün Qərbi çağırın ki, yaraqlıları məhv etmək bəhanəsi ilə dinc sakinləri bombalamasınlar.

Biz Fələstini dəstəkləyirik. Biz bu müharibənin əleyhinəyik. Mən özüm də İsraildə olmuşam. Bizim dinc nümayəndə heyətimiz açıq-aşkar təxribat cəhdləri ilə üzləşib.

Ona görə də mən həm müharibəni dayandırmağa, həm də vəziyyətin hər hansı formada gərginləşdirilməməsinə çağırıram. Lazım gələrsə, bölmələrimiz asayişi bərpa etmək və istənilən təxribat törədənlərə qarşı mübarizə aparmaq üçün sülhməramlı qüvvələr kimi çıxış etməyə hazırdır”, - deyə Kadırov “Telegram” kanalında yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ