Oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı ən azı 800 nəfərin ölümü ilə nəticələnən hücumunun təşkilatçısı və ruhlandırıcısı təşkilatın hərbi qanadının komandiri Məhəmməd Deif hesab edilir.
Kod adı “Müsafir” olan bu qruplaşma lideri İsrail ordusunun ölüm siyahısında birinci yerdə qərarlaşıb.
İsrail 1990-cı illərin ortalarından bu adamı ovlayır; Onun həyatına bir neçə cəhd məlumdur, onlardan ən sonuncusu 2021-ci ildə 11 günlük müharibə zamanı həyata keçirilib.
Onu Qəzza zolağında Qəssam raketlərinin və tunel sisteminin yaradıcısı adlandırırlar. 1990-cı illərdə o, İsrail avtobuslarına terror hücumlarının hazırlanmasına cavabdeh olub.