BMT Təhlükəsizlik Şurası təcili toplanır - HƏMAS-ın İsrailə hücumuna görə

BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclas keçirəcək.

Bu barədə CNN məlumat yayıb. 

Telekanalın məlumatına görə, görüş bağlı qapılar arxasında təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanın görüşə saat yarım qalmış jurnalistlərə açıqlama verməsi gözlənilir.

HƏMAS silahlıları oktyabrın 7-də səhər saatlarında İsrailə hücum ediblər. Onlar üç minə yaxın raket ataraq, İsrail hərbçiləri ilə döyüşə girərək sərhəd bölgələrinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu Qəzza zolağına irimiqyaslı zərbələr endirib. Oktyabrın 8-də İsrail hakimiyyəti ölkənin müharibə vəziyyətində olduğunu rəsmən elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ