İsrail HƏMAS liderlərindən birini zərərsizləşdirib

İsrail mediası oktyabrın 8-də HƏMAS siyasi hərəkatının lideri Ayman Yunisin öz evində öldürüldüyünü yazıb. Yunisin meyiti dağıntılar altından tapılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri HƏMAS kəşfiyyat agentliyinin rəhbərinin evinə hücum edib.

Oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından olan fələstinli radikalların İsrail ərazisinə raket zərbələri endiriblər. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ