Oktyabrın 7-nə keçən gecə İsraildə keçirilən Nature Party elektron musiqi festivalının iştirakçıları HƏMAS silahlılarının İsrail ərazisinə hücumu zamanı qaçırılıb daha sonra öldürülüb.
Fələstin yaraqlıları tərəfindən əsir götürülərək aparılmış qızın adı Noadır. O, həmçinin ölkənin cənubunda keçirilən musiqi festivalında iştirak etmək üçün İsrailə gəlib.
Digər qadın, Almaniya vətəndaşı olan 30 yaşlı Şani Lukdur. O, İsrailə Qəzza zolağı ilə sərhəd yaxınlığında keçirilən musiqi festivalında iştirak etmək üçün gəlib.
Qeyd edək ki, açıq hava festivalı Qəzza zolağı ilə sərhəddən 30 kilometr aralıda yerləşən Kibbutz Reimdə Ofakim şəhəri yaxınlığındakı səhrada baş tutub. Əsasən 20-40 yaş arası ölkənin hər yerindən minlərlə israilli iştirak edib.