Jurnalist Zülfiyyə Əbülfərz müğənni Rəqsanə İsmayılova ilə bağlı şok iddia irəli sürüb.
Bizim.media bildirir ki, Zülfiyyə Rəqsanənin hazırda məhbus həyatı yaşayan qalmaqallı prodüser Təranə Səmədovaya narkotik həblər verdiyini deyib. Sözügedən səs-küylü məsələ “Səni axtarıram” ictimai-sosial verilişinin canlı efirində baş verib. Proqramın aparıcısı Xoşqədəm Hidayətqızı Z. Əbülfərzin yazdığı mesajı səsləndirib:
“Təranə həbsxanadan mənə də zəng vurmuşdu. O iddia edirdi ki, Rəqsanə onu aldadıb, narkotik həblər verib. Sonra da Narkoloji Dispanserə zəng vurub, onu ora salıb. Bu iddiaların nə dərəcə doğru olub-olmadığını deyə bilmirəm. Xahiş edirəm Rəqsanə xanım bu iddiaları cavablandırsın”.
Müğənni jurnalistin bu iddialarının əsassız olduğunu bildirib:
“Təranəyə istintaqla bağlı hüquq mühafizə orqanları tərəfindən axtarış verilmişdi. Axtarışdan sonra onu evdən gəlib apara bilmədilər. Çünki Təranə polislərlə dava etmişdi. Gecə saatlarında onun Səbinə adında yaxın bir rəfiqəsi mənə zəng vurdu. O zaman isə mən Moskvada idim. Bütün mesajları əlimdədir.
Yazır ki, təcili olaraq telefona cavab verin. Soruşdum ki, nə ilə bağlıdır. Cavab verdi ki, Təranə Səmədova ilə bağlıdır. Həmin an düşündüm ki, Təranəni həbs ediblər, qız övladları (Suel və Adel -red.) ortada qaldı. Videozəng elədim, gördüm ki, Təranənin böyük qızı Suelin başı partlayıb, şişib, göyərib. Təranənin digər körpə qızı Adel Suelin qucağında qalıb. Uşaqları isə Səbinə xanım evinə gətirmişdi.
Səbinə xanım söylədi ki, “Təranənin vəziyyəti çox pisdir, təcili onu xəstəxanaya yerləşdirmək lazımdır”. Dedim ki, “mən Moskvada, siz Bakıda bunu etmək olmayacaq”. Cavab verdi ki, “sizdən çox xahiş edirəm, başqa yolumuz yoxdur”. O zaman isə Təranə özündə-sözündə deyildi. Özləri Təranəyə dərman verib, yatızdırırlar. Sonra Narkoloji Dispanserə yerləşdirirlər ki, heç olmasa Təranə bir həftə orada qalsın, özünə gəlsin. Vəziyyəti düzələndən sonra hüquq mühafizə orqanları onu oradan gəlib aparır. Burada mənim nə günahım var?”.
Rəqsanə bildirib ki, Təranə Səmədovanı özünə düşmən saymır. Onun tək istəyi produserin iki qızının gələcək taleyinin həll olunmasıdır:
“Təranə həbsxanaya və Narkoloji Dispanserə gedəndə mən onun yanında olmamışam. Təranənin yaxınları mənə zəng vurub, xahiş ediblər ki, ona kömək edim. Bəs Təranə ölməli idi evində? Suelin telefonunda anasının hansı halda olduğu ilə bağlı videoları da var. O videolara Xoşqədəm özü də baxıb. 44 yaşım var, hamıda bilir ki, mən nə siqaret, nə də ki içiki içirəm. Təranə narkotikə çoxdan qurşanıb. Guya siz bunları bilmirsiniz?
Mənə Təranə maraqlı deyil. Onun qız övladlarının gələcək taleyi maraqlıdır. Bu gün isə bu verilişə Təranənin böyük qızı Suel kömək üçün müraciət edib. İstəyirsiniz o qızları dövlətin himayəsinə verin, nə istəyirsiniz edin. Sadəcə istəyim bu uşaqların gələcəyidir. Onlara kömək etmək lazımdır. Bu qədər.
Yadınızda saxlayın ki, Təranə Səmədova heç zaman mənim düşmənim ola bilməz. Mənim bir düşməni var o da ki, ermənidir. Mənim millətimdən mənə düşmən olmaz. Təranə qadındır. Təranənin arxasında yaxşı ata-ana, qardaş və ər olsaydı Təranə bu gün o yola düşməzdi. Təranə illər əvvəl 10 ilə yaxın yanımda işləyib. Allah şahiddir, bir dəfə də görmədim ki, o nə siqaret, nə də ki narkotik çəksin. Eşidəndə ki, o narkotik qəbul edir, inanmadım və dəhşətə gəldim.
Məndən sonra o nələrsə edibsə o onun öz səhvidir. Deyirlər ki, “yetimə can-can deyən çox olar, çörək verən az”. Hələ mən görmədim ki, kimsə bir dənə konfet alıb Təranənin qızlarının yanına gəlsin. Yalandan çıxıb deyirdilər ki, biz onun qızlarına kömək edirik. Onun evini təmir etmək istəyirdim ki, qızları 18 yaşına çatanda o ev onlara qalsın.
Sonuncu dəfə Təranə Suelə telefonda dedi ki, sən məndən ev istəyirsən, sənin evin var. Nə ev? Mən qadınları vurmağı sevmirəm. Təranə ilə heç bir düşmənçiliyim ola bilməz. Bu mümkün deyil. Vicdanım da, qəlbim də təmizdir. Hamı da görür ki, mən Təranənin övladlarını öz övladlarımdan seçmirəm. Təranənin mənə nəyi qala bilər ki, burada səmimiyyətsizlik edim?!
Verilişin gedişatında İsmayılova bildirib ki, Təranə böyük qızı Suelə atasının (nağara ifaçısı Abbas Səfərov - red.) atalıq vəkalətini verməsinə razılaşmayıb: "Təranəyə söylədim ki, imkan ver böyük qızın Suelə atalığı yiyə dursun və ona atalığını versin. Aliment məsələləri var. Amma Təranə buna razı olmadı. Təranənin iki otaqlı evi var. Oradan 8 kamaz dolu zibil çıxartdım. Həmin görüntülər əlimdədir. Onların qonşuları ağladılar ki, sən nə yaxşı Təranəyə köməklik edirsən. Yoxsa bu uşaqlar ortada qalıb, bədbəxt olacaqlar. Təranənin qohumları olsa da, ona yaxın durmurlar. Çünki, Təranədən qorxurlar”.
Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub.
Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı.
Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı. Onun iki qızı Suel və Adel Azərbaycan Uşaqlar Birliyinin nəzlində fəaliyyət göstərən müəssisədə qalır.