Fələstinin HƏMAS hərəkatı İsrailə hücumu izah edib.
Bu barədə RİA Novosti məlumat yayıb.
HƏMAS sözçüsü Əbdül Lətif Əl-Qanu bildirib ki, “Əl-Əqsa daşqını” əməliyyatı İsrailin Məscidül-Əqsada dəfələrlə qırmızı xətləri pozmasına cavabdır.
İsrail polisi bu il bir neçə dəfə məscidə basqın edib.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bu gün səhər saatlarından Qəzza zolağından ölkə ərazisinə raketlərin atıldığını təsdiqləyib. Tel-Əviv şəhəri və ətraf ərazilər də daxil olmaqla ölkənin bir çox şəhərlərində həyəcan siqnalı verilib.
Baş verən hadisələr fonunda İsrail ordusu “döyüş hazırlığı vəziyyəti”nə gətirlib və ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin orduya çağırılması məsələsini təsdiqləyib.