AZAL İsrailə və əks istiqamətdə bütün reysləri ləğv edib

“İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti bazar günü, oktyabrın 8-nə planlaşdırılan Tel-Əvivin Ben Gurion hava limanına və oradan geri istiqamətində bütün reyslərini ləğv edir”.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

Bakı-Tel-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Tel-Əvivə bileti alan sərnişinlər pulun tam geri qaytarılması və ya pulsuz bilet dəyişdirilməsi hüququna malikdirlər.

Dəyişikliklər barədə məlumat almaq üçün sərnişinlərə aviaşirkətin [email protected] elektron ünvanına müraciət etmələri tövsiyə olunur.

Aviaşirkət hazırda Tel-Əvivə aviabiletlərin satışını növbəti xəbərdarlığa qədər dayandırıb.

Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ