HƏMAS döyüşçüləri dinc sakinləri güllələyirlər - video

Fələstinin HƏMAS hərəkatının yaraqlıları İsrailin cənubundakı Sderot sakinlərini güllələyiblər.

Bu barədə şənbə günü, oktyabrın 7-də məlum olub.

Fələstinin ictimai səhifələrindən video və fotolar yerləşdirən jurnalist Andrey Tsaplienko “Telegram”da “Qəzza zolağından yaraqlılar İsrail ərazisinə daxil olaraq İsrailin ən yaxın şəhəri Sderotda mülki insanları öldürürlər” yazıb.

Sderot küçələrində HƏMAS yaraqlıları tərəfindən öldürülən çoxlu sayda mülki vətəndaşın cəsədi var.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ