İsrailə hücum zamanı ölənlərin sayı açıqlandı

Son məlumatlara görə, İsrailə raket zərbələri nəticəsində azı 22 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Ən azı 20 nəfər ağır və ya kritik xəsarətlər alıb. İsrail hakimiyyəti ölkə ərazisinə iki mindən çox raket atıldığını bildirib.

Xatırladaq ki, bu gün səhər HƏMAS qruplaşması Qəzza zolağından İsrail ərazisinə hücum edib, raket atəşinə başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ