Paşinyan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdı

Ermənistanın baş naziri Nikol Paşinyan İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa ilə görüşdə Azərbaycanın 86,6 min kvadratmetr ərazisinin tanınması ilə bağlı bəyannamə imzalayıb. 

Bəyannamənin mətni Aİ Şurası tərəfindən yayılıb.

“Tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar. Artıq [Avropa Şurasının prezidenti Çarlz] Mişel 2023-cü il 14 və 15 may tarixli bəyanatlarında qeyd edilib”, - sənəddə deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ