İlham Əliyev iki icra başçısı ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Siraqəddin Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Buta.media xəbər verir ki, sərəncama əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Dövlət başçısının digər sərəncamı ilə Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Digər sərəncamlarla isə, S.Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin, N.İsmayılov isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ