Fuad Muradov həbs edildi

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən Fuad Muradov saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, F.Muradov barəsindəki şikayət əsasında açılmış cinayət işi ilə əlaqədar saxlanılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda Fuad Muradov barəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə başlanılmış işin istintaqı davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ