Bakıda yerüstü keçidin altında keçən piyadanı avtomobil vurub öldürdü - video

Bu gün səhər saat 7 radələrində Suraxanı rayonu, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.

Elşən Mehdizadə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yerüstü piyada keçidinin altı hissəsindən yolu keçmək istəyən 57 yaşlı Əliyev Polad Qaçay oğlunu vurub. Nəticədə piyada hadisə yerində vəfat edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə piyadanın təyin edilməyən yerdən yolu keçməsi səbəbindən baş verib: “Belə ağır hadisələrin baş verməməsi üçün sürücülərdən diqqətli olmaq tələb olunsa da, bəzi piyadaların qaydaları heçə sayması ağır faciələrlə nəticələnir.  Yerüstü və yeraltı piyada keçidlərinin olduğu ərazilər kifayət qədər təhlükəlidir. Piyada keçidinin yaxınlığında ondan istifadə etməmək isə təhlükəli olmaqla yanaşı, yalnış seçimdir. Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ