“Qarabağın erməni sakinlərinə qarşı zorakılıq halları qeydə alınmayıb” - Əl-Cəzirə

Qətərin “Əl-Cəzirə” telekanalının jurnalistləri Azərbaycanın Xankəndi şəhərinə səfər edib.

Telekanalın jurnalisti Osama ben Cavid şəhərdən yayımladığı reportajda Xankəndi sakinlərinin könüllü şəkildə şəhərdən getdiklərini diqqətə çatdırıb.

“Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları da daxil olmaqla, söhbət apardığımız heç kəs insanların öz evlərindən çıxarılması və yaxud azərbaycanlılar tərəfindən hər hansı zorakılıqla qarşılaşmaları kimi hallar müşahidə etməyib”, - deyə jurnalist vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ