“BMT missiyası bu həftəsonu Qarabağa səfər edəcək”.
Bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik jurnalistlərə açıqlamsı zamanı deyib.
Bildirilib ki, bu missiyanın regiona 30 ildən sonrakı ilk səfəridir.
"Diqqət humanitar sahələrə və müdafiə məsələlərinə yönəldiləcək", - deyə Düjarrik qeyd edib.
Xatırladaq ki, Rəsmi Bakı Birləşmiş Millətlər Təşkilatının missiyasını yaxın günlərdə Qarabağa səfər etmək üçün dəvət etmişdi.