Rusiya Vardanyana kömək etməyəcək

Moskva Ruben Vardanyana yardım göstərə bilməyəcək. Rusiya mətbuatının yazdığına görə, bunu Rusiya Federasiya Şurasının konstitusiya komitəsinin üzvü Aleksandr Başkin bildirib.

Başkin aydınlaşdırıb ki, Vardanyan könüllü olaraq Rusiya vətəndaşlığından imtina edib və bu səbəbdən Rusiya Federasiyasının dəstəyindən məhrum qalıb.

“Vətəndaşlıqdan imtina etmək könüllü seçim idi, bu addımın bütün hüquqi nəticələri həmin seçiminin nəticəsidir”, - Başkin bildirib.

Deputat onu da vurğulayıb ki, Vardanyanla bağlı iş Rusiya vətəndaşlığının vacibliyinə şübhə edənlər üçün nümunə ola bilər.

Xatırladaq ki, daha əvvəl “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ