“Hazırda Ermənistan Xocalı soyqırımının bədəlini ödəyir və ödəyəcək”.
“CNN Türk” xəbər verir ki, bunu Naxçıvana səfərdən geri dönərkən jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Çünki 1 milyon azərbaycanlı Xocalıdan və digər şəhərlərdən qovulub. Azərbaycan bundan 10 illər sonra bu qətliamın qisasını çox fərqli şəkildə aldı və torpaqlarını geri qaytardı. İndi Xocalıda kimlər var? Xocalının əsl sahibləri. Azərbaycan ordusu Xocalıya xaos, qan və ölüm deyil, əmin-amanlıq və sülh gətirmək üçün girdi. İllər əvvəl erməni dəstələrinin girdiyi kimi girmədi. İnsanları qətl etmək üçün girmədi. Azərbaycan Xocalıya layiq olduğu sülh və əmin-amanlığı təmin etmək üçün girdi. Artıq Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanı gəlib. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır”, - deyə Türkiyə lideri qeyd edib.