Bakının bir hissəsi susuz qaldı

Bakının Nizami rayonunda su xəttində qəza baş verib.

Bu barədə Buta.media-ya "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, səhər saatlarında ərazidən keçən 150 mm diametrli xətt partlayıb.

Dərhal hadisə yerinə qəza xidməti cəlb edilib və xəttə suyun verilişi dayandırılıb.

Hazırda problem aradan qaldırılır və yaxın vaxtda əraziyə suyun verilişi bərpa ediləcək.

Xatırladaq ki, hadisə nəticəsində ətraf ərazilərə içməli suyun verilişində fasilə yaranıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ