Albert Aqarunovun Şuşada vurduğu erməni tankı Bakıya gətirilib

Erməni işğalçıların vaxtilə Şuşanın girişində quraşdırdıqları “T-71” tankı Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.

Sözügedən tank abidəsi Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı sökülüb.

Xatırladaq ki, həmin tank işğal zamanı Şuşaya girməyə cəhd edən ilk erməni tankı olub və ekipaj üzvləri ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilib. Birinci Qarabağ müharibəsindən sonra isə yanmış tank erməni separatçılar tərəfindən bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ