Ermənistanda komendant saatı tətbiq edilə bilər

Ermənistanda hakimiyyət komendant saatının tətbiqini planlaşdırır.

Bu barədə Ermənistanın “Joqovurd” nəşri yazıb.

Bildirilib ki, baş nazir Nikol Paşinyan komandası ilə birgə ölkədə komendant saatının tətbiqi barədə müzakirələr aparıb.

Qeyd olunub ki, İrəvanda müxalifətin Ermənistan hakimiyyətini devirmək məqsədilə təşkil etdiyi kütləvi iğtişaşlar səngimək bilmir.

Xatırladaq ki, bir neçə gündür Ermənistanda kütləvi aksiyalar keçirilir.

Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda bildirib ki, Ermənistan hakimiyyəti paytaxt İrəvanda iğtişaşlar təşkil etmək cəhdlərinə sərt reaksiya verəcək.

Baş nazirin sözlərinə görə, vətəndaşlar daha sürətli və sərt reaksiya istəyirlər və bu olacaq. Eyni zamanda, o qeyd edib ki, aksiyaların təşkilatçıları Ermənistan hakimiyyətinin İrəvan küçələrində qan tökməsini istəyir. Bununla belə, Baş nazir Paşinyanın sözlərinə görə, hakimiyyət sərt davransa da, qanun və səlahiyyəti çərçivəsində hərəkət edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ