İran Azərbaycanla Ermənistana uçuşları bərpa edib

İrandan Azərbaycan və Ermənistana, eləcə də bu ölkələrdən İrana bütün aviareyslərin dayandırılması ilə bağlı qərar ləğv edilib.

Bu barədə məlumatı İranın Mülki Aviasiya Təşkilatı yayıb. 

Xatırladaq ki, İran sentyabrın 20-si Qarabağdakı vəziyyətlə bağlı Azərbaycan və Ermənistana bütün aviareysləri dayandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ