Sentyabrın 19-da Füzulidə yol qəzasında həlak olan polis əməkdaşı, 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğlu dəfn edilib.
O, Şamaxı rayonunun Qəleybuğurd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Şamaxı RİH rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaaiyyəti iştirak edib.
Qeyd edək ki, 29 yaşlı Seyfi Abdullayev 6 ilə yaxın polis orqanlarında çalışıb. Onun sentyabrın 22-də, öz doğum günündə Bakı şəhərində nişan mərasimi keçiriləcəkdi.
Xatırladaq ki, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis əmkdaşları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Rasim Məmmədov həlak olublar.