Məhkəmə hakimi monopoliya yaradıb? - açıqlama

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi kimi təqdim edilən Şəmsəddin Abasovun biznes fəaliyyəti ilə məşğul olması haqda məlumatlar yayılıb.

Məlumatlarda hakimin vəzifəsindən sui-istifadə edərək avtomobil mühərriklərinin ehtiyat hissələrinin təmiri sahəsində monopoliya yaratdığı iddia edilir. Sözügedən məsələnin Məhkəmə-Hüquq Şurası tərəfindən niyə araşdırılmadığı da sual doğurub.

Sumqayıt Apellyasiya Məhkəməsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Şəmsəddin Abasov hazırda hakim kimi fəaliyyət göstərmir. O, bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

“Bu ilin mart ayında hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar olaraq onun səlahiyyətlərinə xitam verilib”, - deyə məhkəmənin açıqlamasında qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ