Ermənilər rus əsgərlərini ələ saldı: “humanitar yardım” apardılar - video

Bir qrup erməni Gümrü şəhərindəki Rusiyanın 102 bazası yaxınlığında videoçəkiliş edərək “humanitar yardım” gətirdiklərini bildiriblər.

Bu barədə bir sıra erməni “Telegram” kanalları məlumat yayıb.

Belə ki, sözügedən görüntülərdə ermənilər salfetin üzərinə 1 baş soğan, etil spirti və turşu xiyar qoymaqla rus hərbçilərini məsxərəyə qoyub.

Qeyd edək ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağa göndərdiyi humanitar yardımların həcmi sosial şəbəkələrin erməni seqmentində tənqidə səbəb olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ