Xırdalanda 2 şagirdi bıçaqlayan yeniyetmə tutuldu

Abşeron rayonu Xırdalan şəhərində 2 yeniyetməni bıçaqlayan şəxs tutulub.

“Qafqazinfo” xəbər verir ki, Mirzə İbrahimov küçəsində 16 yaşlı H.Ə. və 15 yaşlı R.Ə.-ni bıçaqlayan şəxsin 2008-ci il təvəllüdlü M.M. olması müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə o saxlanılıb.

15 yaşlı M.M. barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisənin iştirakçısı olmuş şəxslərin 3-ü də orta məktəb şagirdidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ