Arutyunyanın adı “Mirotvorets” bazasına salındı

Azərbaycanın Qarabağ bölgəsində erməni quldurlarının keçmiş başçısı Arayik Arutyunyan “Mirotvorets” məlumat bazasına daxil edilib.

O, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunur.

Saytda Arayik Arutyunyanın Ukrayna ərazilərinin işğalı ilə bağlı çoxsaylı təşviqat faktları təqdim edilib.

“Mirotvorets” Mərkəzi hüquq-mühafizə orqanlarından xahiş edir ki, internet saytında dərc edilmiş bu paylaşımı sözügedən şəxsin Ukraynanın milli təhlükəsizliyinə, sülhə, bəşəriyyətin  təhlükəsizliyinə və beynəlxalq hüquqa qarşı qəsdən hərəkətlər törətməsi, eləcə də digər qanun pozuntularına dair bəyanat kimi qiymətləndirsin”, - deyə məlumatda bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ