Xaçatryan Bakıdan ailəsinə məktub göndərib

İyul ayında Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçatryan ailəsinə yenə məktub göndərib.

“News.am” xəbər verir ki, bu barədə məlumatı Xaçatryanın qızı Tsovinar Xaçatryan açıqlayıb.

Onun sözlərinə görə, atası məktubunda qeyd edib: “Daim sizi düşünürəm, sağlam olun və hamıya salam deyin”.

Xaçatryanın qızı, həmçinin qeyd edib ki, atasının hazırda dərman qəbul etdiyini öyrəniblər: “Deyirlər səhhəti normaldır. Qırmızı Xaçın nümayəndələri ayda 1 dəfə atama baş çəkirlər”.

Xatırladaq ki, Vaqif Xaçatryan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. O, keçirilmiş axtarış tədbirləri nəticəsində cari il iyulun 29-u BQXK-nın vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ