Salyanda yeni doğulmuş körpəni küçəyə atdılar

Bu gün səhər saatlarında Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yenidoğulmuş (10-15 günlük) tapılıb.

“Qafqazinfo” xəbər verir ki, yeni doğulmuş qız polis tərəfindən xəstəxanaya təhvil verilib.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan saytımıza verilən məlumata görə, sentyabrın 12-si səhər saat 5 radələrində Salyan RPŞ-yə rayonun Qarabağlı kəndi ərazisində körpənin yol kənarına atılması barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə  baxış keçirilib və körpə Salyan rayon TTYS-nin tibb personalına təhvil verilib. Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalara başlanılıb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ